manera.az
manera.az

“Hüseyn Cavid” monoqrafiyası nəşr olunub

📅 09.07.2019 15:26

“Hüseyn Cavid” monoqrafiyası nəşr olunub
AMEA-nın nəzdində Hüseyn Cavidin ev-muzeyi tərəfindən "Məmməd Cəfər. Hüseyn Cavid" monoqrafiyası nəşr olunub.

Manera.az xəbər verir ki, vəsait ölkə başçısının "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 2019-cu il 15 aprel tarixli Sərəncamı əsasında AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planı çərçivəsində çap olunub.
“Hüseyn Cavid” monoqrafiyası nəşr olunub
Akademiyadan bildirilib ki, nəşrin tərtibçisi və "Ön söz"ün müəllifi muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, elmi redaktorları - AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir.

Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya Hüseyn Cavid yaradıcılığına müraciət edən bir çox tədqiqatçı üçün dəyərli mənbədir.

MANERA.AZ


Baxış sayı - 1 035 | Yüklənmə tarixi: 09.07.2019 15:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930