“Bataqlıq donuzu” - YENI NƏŞR MANERA.AZ
![]()
İkinci Mahmudun "Bataqlıq Donuzu" adlı povesti çapdan çıxıb.
Kitab, əsasən, gənc oxucular üçün nəzərdə tutulub. Əsərdə fərd və cəmiyyət arasında uçurum, deqradasiyaya uğramış bir xalqın faciəsi vəs başqa problemlər sadə dillə izah edilir.
“Bataqlıq donuzu” kitabı Synaps Library-nin “GƏNCLƏRƏ KİTAB!” layihəsi çərçivəsində nəşr edilib.
SİM-SİM-in məlumatına görə, kitabın ilk imza günü və satışı 24 yanvar 2016-cı il tarixində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil ediləcək.
Tədbir saat 15:00-da başalayacaq və saat 17:00-adək davam edəcək. Hər kəsi dəvətlidir.