manera.az
manera.az

Tanınmış sənətçidən yeni kitab ... - "Bataqlıq"

📅 20.06.2019 10:43

Tanınmış sənətçidən yeni kitab ... - "Bataqlıq"
Sevilən sənətçi, eyni zamanda yazıçı kimi tanınan Zəka Vilayətoğlunun yeni kitabı çapdan çıxıb.

"Bataqlıq" adlı bu kitab müəllifin sayca 7-ci kitabıdır.

MANERA.AZ xəbər verir ki, yeni kitabına, müəllifin müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib. Yüksək koloritli bədii dillə qələmə alınan bu nəsr əsərlərində canlı həyat lövhələri, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterləri oxucunu həyəcanlandıra və uzun müddət öz təsirində saxlaya bilir.

İnanırıq ki, Zəka Vilayətoğlunun, müəllifi olduğu başqa kitablar kimi, “Bataqlıq” adlı bu nəsr kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevilə-sevilə oxunacaq.

Qeyd edək ki, yeni kitabın təqdimat və imza günü 23 iyun saat 14:00-da "Kitabevim.az"da olacaq.

Bütün kitabsevərlər dəvətlidir.

MANERA.AZ


Baxış sayı - 1 360 | Yüklənmə tarixi: 20.06.2019 10:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031