manera.az
manera.az

İldə bir dəfə 10 gəncə Prezident mükafatı veriləcək - Fərman

📅 30.06.2019 19:21

İldə bir dəfə 10 gəncə Prezident mükafatı veriləcək - Fərman
Azərbaycanda ildə bir dəfə 10 gəncə Prezident mükafatı veriləcək.

Manera.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Mövcud sənəddə qeyd edilib ki, elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident mükafatı təsis edilir.

Dəyişikliyə əsasən, elm, mədəniyyət, o cümlədən, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, 10 ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis ediləcək.

MANERA.AZ


Baxış sayı - 1 076 | Yüklənmə tarixi: 30.06.2019 19:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930