manera.az
manera.az

Bütün zamanların ən yaxşı mahnısı

📅 01.06.2019 14:24

Bütün zamanların ən yaxşı mahnısı
“Beatles” qrupunun “Yesterday” mahnısı bütün vaxtların ən yaxşı mahnısı elan olunub.

Manera.az xəbər verir ki, bu barədə “24/7 Wall Street” portalı yazır.

1965-ci ildə buraxılan bu mahnıya 665 “cover” yazılıb. “Billbord Hot” hit-paradında bu, 11 həftə birinci yerdə qalıb.

İkinci yerdə 1970-ci ildə çıxan “Simon & Garfunkel”in “Bridge Over Troubled Water” ifası qərarlaşır. Ona 400-dən çox “cover” yazılıb və “Billboard”da 14 həftə ilk olub.

Üçüncü yerdə isə Adelin 2010-cu ildə çıxan “Rolling In the Deep” mahnısıdır. 65 həftə hit-paradda qalan mahnıya 84 “cover” yazılıb.
Bütün zamanların ən yaxşı mahnısı
“TOP-10”luqda “Beatles”dan “Hey Jude”, amerikalı müğənni Con Leqenddən “All of Me”, Ledi Qaqadan “Bad Romance”, “The Queen”dən “Bohemian Rhapsody”, “Beatles”dan “Let It Be” və Bill Uizersdən “Ain't No Sunshine” var.

Siyahı 100 mahnıdan ibarətdir, aralarında Elvis Preslidən “Can't Help Falling In Love” (11-ci yer), Farel Uilyamsdan “Happy” (14-cü yer), Nensi Sinatradan “These Boots Are Made For Walkin” (21-ci yer), “Survivor” qrupundan “Eye of the Tiger” (25-ci yer), Eminemdən “Lose Yourself” (27-ci yer) yer alıb.

MANERA.AZ


Baxış sayı - 1 160 | Yüklənmə tarixi: 01.06.2019 14:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031