manera.az
manera.az

Orxan Pamukun romanı Bakıda tamaşaya qoyulub

📅 21.05.2019 16:59

Orxan Pamukun romanı Bakıda tamaşaya qoyulub
“YUĞ” Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşaya ictimai baxış olacaq.

Teatrdan Manera.az-a verilən xəbərə görə, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Elgün Həmidov, Təranə Ocaqverdiyeva və Ləman Mərrih çıxış edir.

Səhnə əsərinə görə, radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

MANERA.AZ


Baxış sayı - 956 | Yüklənmə tarixi: 21.05.2019 16:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930