manera.az
manera.az

“Yuğ”da mövsüm “Təklif”lə yekunlaşdı...

📅 16.07.2018 14:47

“Yuğ”da  mövsüm  “Təklif”lə yekunlaşdı...
“Yuğ” Dövlət Teatrı mövsümə A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vurub.

MANERA,AZ xəbər verir ki, rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadədir.

Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşada Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

Səhnə əsərinin məğzi belədir: Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir


Baxış sayı - 703 | Yüklənmə tarixi: 16.07.2018 14:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930