manera.az
manera.az

Halallıq diləyən el orucuyam - ŞEİR

📅 08.05.2019 21:17

Halallıq diləyən el orucuyam - ŞEİR
* * *
Çox da ki, çəməni çiçək-çiçəkdir,
Dərib qoxlamaram, gül orucuyam.
Elə odlandırıb közüm qalmayıb-
Bir ocaq yerində kül orucuyam.

Könlümə arzular dolandan bəri,
Bircə istəyimi görmədim diri.
Şeytanın əlinə verib günləri,
Aylar tamarzısı, il orucuyam.

Yenə bürüyübdü dağlarını çən,
Torpağı tökülən qanla ölçülən.
Bütövlük istəyən bir halal Vətən,
Halallıq diləyən el orucuyam.

Ehtiram İLHAM


Baxış sayı - 1 546 | Yüklənmə tarixi: 08.05.2019 21:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930