manera.az
manera.az

Məhəmməd Hadinin 31 Mart şeiri

📅 31.03.2019 18:13

Məhəmməd Hadinin 31 Mart şeiri
Manera.az Məhəmməd Hadinin 31 Mart soyqırımına həsr etdiyi şeiri təqdim edir.

Şühadeyi hürriyətimizin ərvahinə ithaf

Sizin məzariniz iştə qülubi-hürriyətdir,
Bu sözlərim ürəgimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti cəhani-fəna,
Sizinlə buldu bu millət həyati nur istiqbal,

Bu gündə etmədə əhli-vətən sizi yad.
Salamlayır sizi iştə bu milləti-azad,
Sizin də ruhunuz uçsun behişti-əlada,
Bizi xilas edərək pəncəyi-əsarətdən.
Nicat bəxş olarmı dəsti əhli-vəhşətdən,
Çəkildiniz əbədi xüldi-zari-rəhmanə -
Behişti-rəhmanə, yəni, diyari-rəxşanə!
O, xününüzlə açıldı bəhari-hürriyyət,
Sizin də yurdunuz olsun behişti-ülviyyət!..

Bakı, 31 mart 1919-cu il
“Azərbaycan” qəzeti, № 147, 31 mart 1919.


Baxış sayı - 1 546 | Yüklənmə tarixi: 31.03.2019 18:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031