manera.az
manera.az

Şəmil Sadiq Rusiyada “İlin yazarı” seçildi

📅 13.03.2019 12:23

Şəmil Sadiq Rusiyada “İlin yazarı” seçildi
Şəmil Sadiq “Yuxu maşını” kitabına görə Rusiyada “İlin yazarı” seçilib.

Manera.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.

“İlin ən yaxşı hekayəsi” nominasiyasına təqdim edilmiş fantastik-qurğu janrında yazılan “Yuxu maşını” 8 milyona yaxın əsər arasından seçilərək ilk pilləyə yüksələ bilib. Əsər Baş Münsiflərin tərtib etdiyi almanaxa salınıb və rusca çap edilib.

Yazıçı 21 mart 2019-cu ildə keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunub.

Qeyd edək ki, sözügedən nominasiya birliyin ən prestijli mükafatını alır və əsasən, Rusiyanın milli yazıçılarına verilir.

MANERA.AZ


Baxış sayı - 1 194 | Yüklənmə tarixi: 13.03.2019 12:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031