manera.az
manera.az

Varis Rusiyada ilin yazıçısı oldu

📅 19.12.2018 12:56

Varis Rusiyada ilin yazıçısı oldu
Azərbaycan ədəbiyyatını beynəlxalq miqyasda layiqincə təmsil edən yazıçı Varis növbəti uğura imza atıb.

Manera.az xəbər verir ki, o, Rusiyanın nüfuzlu “Rossiyskiy kolokol” ədəbiyyat jurnalının versiyası üzrə “İlin yazıçısı” elan olunaraq 2018-ci il Rusiya ədəbi mükafatına layiq görülüb.

Yazıçımız diplom və laureat medalı ilə təltif olunub. 2019-cu ildə Varisin romanlarından biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaq.
Varis Rusiyada ilin yazıçısı oldu
Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə). İl ərzində jurnalın bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı, Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.

"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir.

MANERA.AZ


Baxış sayı - 1 232 | Yüklənmə tarixi: 19.12.2018 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930