manera.az
manera.az

"Yazarların yazmadıqları" - DGTYB-nin yeni nəşri

📅 24.02.2019 12:41

"Yazarların yazmadıqları" - DGTYB-nin yeni nəşri
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Bu, “Vektor” Nəşrlər Evi ilə əməkdaşlıq ortamında hazırlanmış “Yazarların yazmadıqları” kitabıdır (Bakı, “VEKTOR” – 2019; 132 səhifə).

Manera.az xəbər verir ki, kitab DGTYB Məclisinin üzvü, “Gənclər mükafatı” laureatı Şəfa Vəli və ADAU-nun doktorantı İlham Ələkbərlinin tərtibçiliyi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Binəqədi rayon, 28 may qəsəbə orta məktəbinin dil-ədəbiyyat müəllimi Sərdar Şirvanın redak­toruğu ilə hazırlanıb. Nəşrin rəyçiləri isə prof.dr. Elçin İsgən­dər­zadə, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İl­yaslı və AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Gülnar Səmadır.

“Yazarların yazmadıqları”nda ən yeni nəsil Azərbaycan yazar­larının ( -Anar Gülümsoy, Çinarə Ömray, El­məd­din Nicat, Elşən Əzim, Faiq Hüseynbəyli, Fuad Cəfərli, Habil Rzanur, Rauf Qərib Alagöz, Şahanə Müşfiq, Şəmil Sadiq, Ulucay Akif, Vəfa Mürsəlqızı, Vüsal Oğuz və başqalarının – çoxu gənc olmaqla, toplam 33 yazarın) rastlaşdığı, başına gələn yaxud iştirakçısı olduğu maraqlı hadisələr yer alıb. Bu nəşr bir növ, 1979-cu ildə Kamran Dadaşovun tərtibçiliyi ilə gün üzü görən “Azərbaycan yazı­çı­larının həyatından dəqiqələr” kitabının varisi sayıla bilər.

Gələcəkdə nəşrin növbəti cildlərinin hazırlanması da nəzərdə tutulub.

MANERA.AZ


Baxış sayı - 1 056 | Yüklənmə tarixi: 24.02.2019 12:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031