manera.az
manera.az

İçərişəhərdə yeni sərgi açılacaq

📅 20.02.2019 12:05

İçərişəhərdə yeni sərgi açılacaq
Fevralın 23-də “İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi açılacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Manera.az-a bildirilib ki, ekspozisiyada kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün xüsusi olaraq düşünülmüş 70-ə yaxın qurğu nümayiş olunacaq. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiya dövründə çox geniş yayılmış bir təcrübə olub.

İçərişəhər kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərq və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verəcək.

Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Çünki buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.

Sərgi bu ilin avqust ayının sonunadək davam edəcək.

MANERA.AZ


Baxış sayı - 1 341 | Yüklənmə tarixi: 20.02.2019 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930