“Hüseyn Cavid poeziyasından incilər” - bədii qiraət müsabiqəsi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi elm ilə təhsilin inteqrasiyası çərçivəsində tələbə və şagirdlər üçün "Hüseyn Cavid poeziyasından incilər" mövzusunda bədii qiraət müsabiqəsi keçirir.
Manera.az bildirir ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin irsini təbliğ etməkdir. Tələbə və şagirdlər mövzu üzrə bədii qiraət nümunələrini müsabiqəyə təqdim edə bilərlər. Bədii qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Bədii qiraət nümunələrini noyabrın 30-dək whatsapp (+99 455 866 22 25) ünvanına və ya huseinjavid@gmail.com elektron ünvanına göndərmək olar.
Dekabrda müsabiqənin yekun mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.
MANERA.AZ