manera.az
manera.az

Bakıda ilk dəfə “Anna Karenina” tamaşası təqdim olunub

📅 08.02.2019 15:24

Bakıda ilk dəfə “Anna Karenina” tamaşası  təqdim olunub
Fevralın 7-də Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub.

Manera.az xəbər verir ki, səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.

Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir il yarım ərzində baş verən dəyişikliklərə güc - bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır.

İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

MANERA.AZ


Baxış sayı - 1 302 | Yüklənmə tarixi: 08.02.2019 15:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031