manera.az
manera.az

“Mövsümün sonu” filmi beynəlxalq festivalda

📅 24.01.2019 12:48

“Mövsümün sonu” filmi beynəlxalq festivalda
Rejissor Elmar İmanovun “Mövsümün sonu” bədii filmi Rotterdam Beynəlxalq film festivalına (Niderland) dəvət alıb.

Manera.az xəbər verir ki, Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalı olan film festivalın “Bright Future” (“Parlaq gələcək”) proqramında mükafata namizəddir.

“Color of May” kinoşirkətinin C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azharifrey”, “Maisis Peri” şirkətləri ilə müştərək ekran əsərinin bütün çəkilişləri Azərbaycanda aparılıb.

Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə ifa edirlər.

MANERA.AZ


Baxış sayı - 1 260 | Yüklənmə tarixi: 24.01.2019 12:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930