manera.az
manera.az

Orta məktəbdə kitab qıtlığı

📅 13.12.2018 13:29

Orta məktəbdə kitab qıtlığı
Azərbaycanda orta məktəblərdən birində şagirdlərə ingilis dili üzrə dərsliklər hələ də verilməyib.

Bu barədə A24.az-a Şirvan şəhəri, Bəhruz Aslanov adına 16 saylı orta məktəbin şagirdləri məlumat verib. Bildirilib ki, orta məktəbdə 6-cı sinif şagirdlərinə ingilis dili dərslikləri hələ də paylanılmayıb.

Məlumata görə, buna səbəb həmin şagirdlərin ibtidai sinifdə ingilis dərsi üzrə tədris almamaları olub. Buna baxmayaraq, sözügedən şagirdlərə buraxılış imtahanında xarici dil olaraq ingilis dilindən imtahan verəcəkləri barədə xəbərdarlıq edilib.

Eyni zamanda, həmin siniflərə fənni tədris edən ingilis dili müəlliminin şifahi şəkildə dərs keçməyə məcbur olduğu bildirilib.


Baxış sayı - 1 177 | Yüklənmə tarixi: 13.12.2018 13:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031