manera.az
manera.az

"Bremen musiqiçiləri" tamaşasının premyerası olub

"Bremen musiqiçiləri" tamaşasının premyerası olub
Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun «Bremen musiqiçiləri» pyesi əsasında eyniadlı tamaşanın premyerası olub.

Manera.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur. Quruluşçu rəssam Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissor Gülnar Hacıyevadır.

Tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Yusif Dadaşov, Nuranə Hüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva ifa edirlər.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşa böyüklərin də marağına səbəb olub. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışıblar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadıb.

Qeyd edək ki, bu günlərdə 90 illik yubiley təntənəsinə hazırlaşan teatr dahi M.Servantesin romanı əsasında səhnələşdirilən “Don Kixot” (quruluşçu rejissor B.Osmanov) və balacalar üçün “Bremen musiqiçiləri” kimi yeni səhnə əsərləri ilə tamaşaçılarını sevindiriblər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031