manera.az
manera.az

“Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq

📅 29.11.2018 11:29

“Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc yazarlar üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq.

Kitabxanadan Manera.az-a bildirilib ki, bu məclisdə məktəblilər və tələbələr bədii əsərlərin yazılma sirlərini öyrənəcək, şeir, poema, esse, nağıl və s. janrlarda yazdıqları yazıları təqdim edəcəklər.

Ədəbi məclisin sədri, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

Məclisin hər üzvünə üzvlük biletləri təqdim ediləcək.

Ən yaxşı gənc yazarlar isə diplom və təşəkkürnamələrlə təltif olunacaqlar.

Məclis dekabr ayından başlayaraq şənbə günləri təşkil olunacaq.

MANERA.AZ


Baxış sayı - 1 217 | Yüklənmə tarixi: 29.11.2018 11:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031