manera.az
manera.az

Şairlərin intiharı.. - ŞEİR

📅 26.11.2018 12:29

Şairlərin intiharı.. - ŞEİR
Mehman Qaraxanoğlu

Şairlərin intiharı

Evimin yolunu azıb gəldim ədəbiyyata,
Gördüm mənim kimi nə qədər yolunu azmış var burda.
Tıxaca düşmüdülər sanki
Misra boyu qafiyə əkənlər!
Fit verirdilər misra sonunda.

Sükan arxasında
Tüklü qarınlarını qaşıyırdı pullu “şair”lər.
Onlar üçün şeir əkirdilər –
Şeirəkmə aksiyasına qoşulmuşdu hamı.
Əmcəkli nənələr öz şeirlərini əmizdirirdi -
“Romalı qızın ata sevgisi”...
Mən portretin güncündə dayanıb
Rubensə imza yerini göstərirdim.

Lənətə gələsən səni, şair pozası!
Sən pozaların ən ləçərisən!
Baxışlarını göyə səpirsən,
Guya gözəlçələr gələcək?!
Əbləh!
Əvvəl Şaqalın “Gəlin”i üçün skripka çalmağı öyrən!
Sonra gəl danışaq...

48-ci ilin İsrailində yaşamıram -
Ən azı həyətimdə bir yaşıl ağacım var!
Ən möhkəm budağını gözaltılamışam...
Rembrantın özü gətirəcək
Məni o ağacın dibinə...

25.11.2018

MANERA.AZ


Baxış sayı - 1 168 | Yüklənmə tarixi: 26.11.2018 12:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031