manera.az
manera.az

Şair,dərd eyləmə qocalır hamı... - Səməd Vurğuna cavab

📅 27.02.2018 16:18

Şair,dərd eyləmə qocalır hamı... - Səməd Vurğuna cavab

Şeir Səməd Vurğunun "Şair,nə tez qocaldın sən!" şeirinə nəzirə.

Şair,dərd eyləmə qocalır hamı

Gözlərim güzgüdə baxdı üzümə
Bənizim gözümə qəribə dəydi,
Birazda təəccüblü gəldi özümə
Zaman beləmi tez qəddimi əydi.
İstədim zamandan soram haqqımı,
Şair,dərd eyləmə qocalır hamı.

Şairin qələmi əlində olsa,
Bacarmaz onunla heç vaxtı zaman
Taqətdən düşərək biçarə olsa,
Həm cismən,həm ruhən qocalar yaman.
Zaman keçdikcə də gəlmir ilhamı,
Şair,dərd eyləmə qocalır hamı.

Geci var,tezi var qocalacaqsan,
Şeir yazmağa da qalmaz taqətin
Xəyalınla da sən tək qalacaqsan,
Aləmə də yayılacaq şöhrətin.
Şairə gələcək ölümün tamı,
Şair,dərd eyləmə qocalır hamı.

Fərman Qasım
Şair,dərd eyləmə qocalır hamı... - Səməd Vurğuna cavab


Baxış sayı - 2 645 | Yüklənmə tarixi: 27.02.2018 16:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031