manera.az
manera.az

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin ikinci kurs tələbəsi Günay Nəbiyevanın ilk fərdi sərgisi açılıb.

Manera.az xəbər verir ki, universitetin sərgi salonunda təşkil olunan sərgidə bu ali təhsil ocağının professor-müəllim heyəti, tələbələr, qonaqlar və səbəbkarın Ağdaşdan gələn yaxınları iştirak ediblər.

Tədbiri açan memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova deyib: "Bu gün əsərləri sərgilənən Günay da bizim nümunəvi, istedadlı tələbələrimizdəndir. Dərslərini yaxşı oxuyur, qrup nümayəndəsidir, ictimai işlərdə fəal iştirak edir. Bununla bərabər, rəssamlıqla ciddi məşğul olur və çoxlu maraqlı işləri var. Bu səbəbdən də qərara gəldik ki, onun rəsm əsərlərinin sərgisini təşkil edək. Hamı tanış ola bilsin. Daha da ruhlansın, yeni enerji ilə işləsin. Müxtəlif sərgilərdə, müsabiqələrdə iştirak etsə də, bu, onun ilk fərdi sərgisidir. Həm dərslərində, həm də yaradıcılığında ona böyük uğurlar arzulayırıq”.

Tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov çıxışında rəhbərlik səviyyəsində tələbələrin təhsilinə və mütəxəssis kimi yetişməsində göstərilən qayğıdan danışaraq Günay Nəbiyevaya xoş arzularını bildirib.

Sonra Günayın babası, uzun illər Ağdaş rayon təhsil şöbəsinin müdiri işləmiş, hazırda təqaüddə olan L.Paşayev tələbələrə yaradılmış hər cür şəraitə və bu sərginin təşkilinə görə universitetin rəhbərliyinə və sərgiyə gələnlərə ailəsi adından minnətdarlığını bildirib.

Əlliyə yaxın rəsm əsərinin nümayiş etdirildiyi salonda “İçərişəhər” tablosu ilə başlayan tanışlıq təbiət mənzərələri, peyzajlar, natürmortlarla davam etdi. “Xocalı faciəsi” önündə ayaq saxlayanlar isə kədərli baxışlarını uzun müddət rəsmdən ayıra bilmirdilər...

Sərgi noyabrın 30-dək davam edəcək.

Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb
Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb
Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb
Tələbə-rəssamın ilk fərdi sərgisi açılıb

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930