Mikayıl Müşfiqin 110 illiyi münasibətilə tədbir keçiriləcək

27 noyabr 2018-ci il saat 12:00-da Azərbaycan Respublikasının Prezidentinin 17 may 2018-ci il tarixli Sərəncamına əsasən Abdulla Şaiqin Mənzil Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçiriləcək.
Tədbirə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndələri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları, Bakı şəhərinin muzey və kitabxana əməkdaşları, A.Şaiq adına 54 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, KİV nümayəndələri dəvət edilib.
Tədbiri giriş sözü ilə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açacaq. Daha sonra muzeyin könüllüsü, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi Elida Muxayeva Mikayıl Müşfiqin həyat və yaradıcılığı ilə bağlı çıxış edəcək, ədibin zəngin yaradıcılıq irsi ətrafında söhbət aparılacaq. 54 saylı məktəbin şagirdləri Mikayıl Müşfiqin yaradıcılığı ilə bağlı bədii hissə təqdim edəcəklər.
Tədbir Abdulla Şaiqin Mənzil Muzeyinin iş planına daxildir.
MANERA.AZ