manera.az
manera.az

Bakıda Ömər Xəyyamla bağlı beynəlxalq elmi konfrans

📅 14.11.2018 19:22

Bakıda Ömər Xəyyamla bağlı beynəlxalq elmi konfrans
15 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan "Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Manera.az xəbər verir ki, iki gün davam edəcək konfransda "Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi", "Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu", "Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi", "Şərq poetikasının nəzəri problemləri və Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri" və digər bölmələr üzrə müzakirələr aparılacaq.

MANERA.AZ


Baxış sayı - 1 111 | Yüklənmə tarixi: 14.11.2018 19:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031