manera.az
manera.az

İspaniyanın milli rəqs teatrı Bakıda çıxış edəcək

📅 28.10.2018 21:45

İspaniyanın milli rəqs teatrı Bakıda çıxış edəcək
Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İspan milli rəqs teatrı “FlamencoLive” “Romeo və Cülyetta” şou-proqramı ilə çıxış edəcək.

Teatrdan Manera.az-a bildirilib ki, bu yeni versiyada Şekspirin məşhur əsəri ispan rəqs dili ilə təqdim olunur. “FlamencoLive” art proyektində beynəlxalq səviyyəli peşəkar aktyorlar canlı, orijinal, həqiqi ispan flamenkosu ilə tamaşaçıları riqqətə gətirəcək. Teatr bütün ömrünü “pour flamenco” – orijinal flamenkoya həsr edən ən yaxşı rəqqasları, gitaristləri, kantaorları (vokalist) və perkussionistləri öz heyətinə toplayıb. Kollektivin bütün iştirakçıları bir çox beynəlxalq konkursların laureatıdır.

Teatrın aparıcı rəqqası El Tebi bir çox ispan teatrlarında çıxış edib. Rəqs dili ilə sevgi hekayəsi, İspan flamenkosunun sehrli dünyası, əllərin sehrli hərəkəti, yelpiyin ehtiraslı çırpınması tamaşaçıları isti Əndəlüs sahillərinə aparacaq.

Qeyd edək ki, şou-proqram saat 19.00-da başlayacaq.


Baxış sayı - 856 | Yüklənmə tarixi: 28.10.2018 21:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031