manera.az
manera.az

"Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır" - Emin

📅 26.10.2018 15:13

"Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır" - Emin
“Mənim Azərbaycanım” mahnısı “Mavi əbədiyyət” mahnısının əsasında yazılıb.

Azərbaycanın Xalq artisti Emin Ağalarov AZƏRTAC-ın müxbiri ilə söhbətində bu barədə danışıb.

O deyib:

-“Mənim Azərbaycanım” mahnısı Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısının əsasında yazılıb. Bəstəkar Maksim Fadeyev ilə məsləhətləşəndən sonra istədik ki, bu mahnıda Müslüm Maqomayevin dəst-xətti hiss olunsun. Bunu incə tərzdə etməyə çalışdıq. Klip Bakıda çəkilib.

Qeyd edək ki, “Mənim Azərbaycanım” mahnısına çəkilmiş klip son bir neçə ayda Emin Ağalarovun Azərbaycana həsr edilmiş ikinci klipidir. Müğənni bu mövzuda birinci - Brendon Stounun “Azərbaycan” mahnısına çəkdirdiyi klipi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi günündə təqdim edib.

“Bu klip Azərbaycana həsr edilmiş layihənin bir hissəsidirmi?” sualının cavabında Emin deyib: “Bu, silsilə deyil. İş elə gətirdi ki, Brendon Stounun yazdığı bir mahnı mənim çox xoşuma gəldi. İkinci mahnını isə Maksim Fadeyev yazıb. Mən elə hesab etmirəm ki, Azərbaycana həsr edilmiş mahnıların sayı barədə hər hansı məhdudiyyət ola bilər. Azərbaycan haqqında nə qədər mahnı yazılsa, yenə azdır”.


Baxış sayı - 1 085 | Yüklənmə tarixi: 26.10.2018 15:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031