manera.az
manera.az

Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

📅 17.09.2018 11:39

Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək
Oktyabrın 25-də Moskvada “Zolotoye koltso” xalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Mavi əbədilik” konsert proqramı təqdim olunacaq.

MANERA.AZ teatrın saytına istinadla xəbər verir ki, konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və “Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.

Konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində, həmçinin noyabr və dekabr aylarında Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.


Baxış sayı - 1 416 | Yüklənmə tarixi: 17.09.2018 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930