manera.az
manera.az

Kamran Əliyevin əsərlərinin II və III cildləri çap edilib

Kamran Əliyevin əsərlərinin II və III cildləri çap edilib
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyevin 10 cildlik əsərlərinin "Romantizmin poetikası” adlanan II cildinin elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Kərimli, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovadır.

II cild bütövlükdə "Azərbaycan romantizminin poetikası” monoqrafiyasını əhatə edir. Cilddə romantik qəhrəman konsepsiyası, qəhrəmanın fövqəltəbiəti və tənhalığı, zaman və məkan daxilindəki hərəkəti, təbiət və mifoloji obrazların simvolik xarakteri, Qərb və Şərq, Yaxın və Uzaq, Həyat və Ölüm kimi poetik qarşıdurmalar Azərbaycan romantizminin poetikasını müəyyənləşdirən əsas problemlər kimi təhlil edilmişdir.

Kamran Əliyevin 10 cildlik əsərlərinin "Hüseyn Cavid” adlanan III cildinin elmi redaktoru və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Aytac Abbasovadır. Cilddə böyük şair və dramaturq Hüseyn Cavidin həyatı və şəxsiyyəti, ədəbiyyata baxışı, poeziyası və dramaturgiyası, folklorla əlaqəsi və sənətkarlıq məziyyətləri araşdırılmışdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930