manera.az
manera.az

“Elm və həyat”ın yeni nömrəsi nəşr olunub

“Elm və həyat”ın yeni nömrəsi nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub.

Jurnalın yeni nömrəsində ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümü münasibətilə Ulu Öndər xatirə şəkilləri ilə dərin ehtiramla yad edilib. Həmçinin AMEA-nın prezidenti, akademik Akif Əlizadənin yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər”, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikovun “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” məqalələri yer alıb.

Jurnal ümumilikdə elmin təbliğ olunmasından başqa, cəmiyyətdə elmə olan marağın artırılmasından, elmin populyarlaşdırılmasından, eyni zamanda, yeni texnologiyaların və innovasiyaların nümayişi haqqında, elmin dövlət və sənaye sektorlarının nüfuzundan xəbər verir. Həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim olunur.

Azərbaycan alimlərinin orijinal yazılarını, elmi nəticələrini təqdim edən və elmin bütün istiqamətlərini əsas tutan “Elm və həyat” jurnalının bugünkü hədəfi Azərbaycan elminin dünya elminə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.

Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və “Elm” qəzetinin redaktoru Zülfüqar Fərzəliyev, məsul katibi isə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930