manera.az
manera.az

Kamal Abdullanın kitabının təqdimatı oldu

📅 08.07.2017 12:05

YUĞ Dövlət Teatrında akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” kitabının təqdimat mərasimi keçirilib.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əliş Mirzallı, rəyçilər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğludur.

Monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır.

Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər.

Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün maraqlı ola bilər.


Baxış sayı - 1 160 | Yüklənmə tarixi: 08.07.2017 12:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930