manera.az
manera.az

Astanada Qara Qarayevin 100 illiyi qeyd ediləcək

📅 19.10.2018 11:39

Astanada Qara Qarayevin 100 illiyi qeyd ediləcək
Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış bəstəkar, SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd ediləcək.

MANERA.AZ xəbər verir ki, TÜRKSOY-un təşkilatçılığı və Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir konsert proqramı ilə davam edəcək. Astana Akimliyi (qubernatorluğu) yanında Dövlət Akademik Filarmoniyasında təqdim ediləcək konsertin bədii rəhbəri Berik Batırxandır.
Astanada Qara Qarayevin 100 illiyi qeyd ediləcək
Filarmoniya orkestrinin dirijorları Mustafa Mehmandarov və Murtuza Bülbüldür. Proqramda Qara Qarayevin "Leyli və Məcnun” simfonik poeması, "Yeddi gözəl” baletindən vals və süitalar tamaşaçılara təqdim olunacaq.


Baxış sayı - 843 | Yüklənmə tarixi: 19.10.2018 11:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031