manera.az
manera.az

Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq

📅 01.02.2018 16:11

Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq
Fevralın 3-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında “Qoya” birpərdəli baletinin premyerası baş tutacaq.

Teatrın rəhbərliyi tərəfindən tamaşanın quruluşunu həyata keçirmək məqsədilə mədəniyyət xadimlərindən ibarət beynəlxalq yaradıcı heyət dəvət edilib.

Baletin quruluşçu xoreoqrafı Vasili Medvedyev, quruluşçu rəssamı Dmitri Çerbadji, libretto müəllifi türk yazıçısı Yana Temiz, xormeysteri Sevil Hacıyeva, dirijoru Əyyub Quliyevdir. Baş rollarda teatrın aparıcı solistləri - Kamilla Hüseynova, Nigar İbrahimova, Makar Ferştandt, Anar Mikayılov və Cəmilə Kərimova iştirak edəcəklər.

5 fevral 2018-ci il saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində "QÜRUR və DÜHA. Yaşayan Əfsanə" rəssam və fotoqrafların yaratdıqları Qara Qarayev obrazlarından ibarət sərgi keçiriləcək.

5 fevral 2018-ci il saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Gecədə dirijorlar Rauf Abdullayev və Elşad Bağırovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), beynəlxalq müsabiqələr laureatı, skripka ifaçısı Elvin Hoca Qəniyev iştirak edəcəklər. Konsertin proqramında Simfoniya № 2, Violin və simfonik orkestr üçün konsert, Klassik süita, Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası səslənəcəkdir.../525.az/


Baxış sayı - 1 687 | Yüklənmə tarixi: 01.02.2018 16:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031