manera.az
manera.az

Mingəçevir Teatrının 50 illik yubileyi qeyd olunub

Mingəçevir Teatrının 50 illik yubileyi qeyd olunub
Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, 50 illik yubley münasibəti ilə çıxışında deyib ki, bu sənət ocağı 1969-cu ilin mart ayının 28-də C. Cabbarlının “Almaz” tamaşası ilə fəaliyyətə başlayıb: “Teatrın ilk mütəxəssisləri Mingəçevir Xalq Teatrının və Azərbaycan Dövlət Teatr İnstitutunun məzunlarından ibarət olub. Bu illər ərzində kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın tamaşa hazırlayıb”.
Daha sonra nazir teatrın direktoru Səxavət Məmmədovu və teatrın direktor müavini Vüsal Məmmədovu 50 illik münasibətləMədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edib.

Prezidentin sərəncamı ilə təltif olunanların mükafatlarını təqdim edib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, ARB Aran kanalının redaktoru Rəna İbrahimova və başqaları Azərbaycan teatrının və Mingəçevir teatrının şərəfli inkişaf yoluna nəzər salıblar.

Ölkə başçısının 16 oktyabr 2018-ci il tarixli sərəncamları ilə dövlət təltiflərinə layiq görülənlər təbrik edilib, eyni zamanda bir qrup teatr işçisinə fəxri fərmanlar təqdim edilib.

Daha sonra bölgə teatrlarının kollektivləri yeni tamaşalarından parçalar təqdim ediblər. İncəsənət ustalarının çıxışları teatrsevərləri gülüşlərə qərq edib. Tədbir boyunca rəngarəng təbriklər səsləndirilib, dünyasını dəyişən aktyorlar xatırlanıb.

Teatrın aktrisası, Xalq artisi Ella Yaqubova üzünü zala tutaraq deyib : “Biz bu sənəti seviik. Mədəniyyətimizi, sənətimizi zirvədə görmək istəyirik. 50 yaşın mübarək, Mingəçevir teatrı!”

Xalq artistləri Valeh Kərimov, Arif Quliyev öz duzlu, yumorlu səhnəçikləri ilə teatrsevərlər qarşısında çıxış ediblər. Onların bu çıxışları gur alqış sədaları ilə qarşılanıb. Teatr şən musiqi sədaları ilə davam edib.
Mingəçevir Teatrının 50 illik yubileyi qeyd olunub
Mingəçevir Teatrının 50 illik yubileyi qeyd olunub
Mingəçevir Teatrının 50 illik yubileyi qeyd olunubБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031