manera.az
manera.az

“Don Kixot” baleti oynanılacaq

📅 13.07.2018 16:28

“Don Kixot” baleti oynanılacaq
İyulun 24-25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində Lüdviq Minkusun “Don Kixot” baleti nümayiş etdiriləcək.

MANERA.AZ xəbər verir ki, iyulun 25-də səhnə əsərində Bazil rolunu Azərbaycanın Əməkdar Artisti Timur Əsgərov canlandıracaq. Baletin nümayişi Marius Petipanın anadan olmasının 200 illiyinə həsr ediləcək. Səhnə əsərinin dünya premyerası 1869-cu ildə Moskvada Böyük Teatrda olub. Balet Mariya Teatrında ilk dəfə 1902-ci ildə oynanılıb.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik, Ukrayna Milli Akademik Opera və Balet teatrlarında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov gənclər üçün prezident mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.


Baxış sayı - 998 | Yüklənmə tarixi: 13.07.2018 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031