manera.az
manera.az

Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq

📅 05.10.2018 15:19

Kino tariximizdə ilk dəfə retro kinotexnika sərgisi açılacaq
Oktyabrın 9-da Dövlət Film Fondunda “Keçmişdən səslər” retro kinotexnika sərgisi açılacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından MANERA.AZ-a bildirilib ki, sərgidə kinostudiyanın istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək.

Qeyd edək ki, belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək.

Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar ki, hamısı bərpa edilib və işlək vəziyyətdədir. Sərgidə 60-70-ci illərin kino çəkilişi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan getmiş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq.

Sərgidə rəqəmsal texnologiyalar dövründə kinonun nədən başlandığı, keçən əsrin birinci yarısında, eləcə də 60-70-80-ci illərdə kinomuzun şah əsərlərinin hansı avadanlıqlarla çəkildiyini görmək istəyənlər iştirak edə bilərlər.


Baxış sayı - 1 257 | Yüklənmə tarixi: 05.10.2018 15:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031