manera.az
manera.az

Mahnı Teatrında yeni mövsümün açılışı olub

📅 18.09.2018 23:13

Mahnı Teatrında yeni mövsümün açılışı olub
Sentyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertlə yeni mövsümün açılışı olub.

MANERA.AZ xəbər verir ki, Dövlət Estrada-Simfonik Orkestrinin konserti Milli Musiqi Gününə həsr edilib.

Konsertdə respublikanın Əməkdar artistləri Xəyyam Mustafazadə, Aygün Zeynalova, Xalq artisti Gülyanaq Məmmədova və digər müğənnilər çıxış ediblər.

Onların ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Arif Məlikov, Rauf Hacıyev, Niyazi və Müslüm Maqomayevin əsərləri, habelə xalq mahnıları səsləndirilib.


Baxış sayı - 892 | Yüklənmə tarixi: 18.09.2018 23:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930