manera.az
manera.az

Bakıda X Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakıda X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Hər il olduğu kimi, bu il də sentyabrın 18-dən 26-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən MANERA.AZ-a bildirilib ki, builki festivalda Türkiyə, Rusiya, ABŞ, İtaliya və Slovakiyadan olan tanınmış musiqi kollektivlərinin iştirakı ilə 30-dək tədbirin keçirilməsi nəzərdə tutulub.

Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşəcək. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcək.

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş "Azərbaycan opera səhnəmizin Nigarı” adlı tədbir də təşkil olunacaq.

Bundan başqa, sentyabrın 22-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi təşkil olunacaq. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Həmçinin festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Üzeyir Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi”ndə müxtəlif tamaşa, konsert və sərgilərin təşkili də nəzərdə tutulur.

Sentyabrın 23-də, saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan” marionet tamaşasının premyerası reallaşacaq. Tamaşanın quruluşçu rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Sentyabrın 26-sı, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivala yekun vurulacaq. Yekun konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031