manera.az
manera.az

Milli Musiqi günü metropolitendə qeyd olunacaq

📅 16.09.2018 22:14

Milli Musiqi günü metropolitendə qeyd olunacaq
"Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

MANERA.AZ-ın məlumatına görə, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.


Baxış sayı - 1 254 | Yüklənmə tarixi: 16.09.2018 22:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930