manera.az
manera.az

Görkəmli bəstəkarın əsərləri səsləndiriləcək

📅 14.09.2018 20:29

Görkəmli bəstəkarın əsərləri səsləndiriləcək
Sentyabrın 21-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Saraydan MANERA.AZ-a bildirilib ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.

Xatırladaq ki, səkkiz gün davam edəcək festival çərçivəsində bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına həsr olunan konsertlər keçiriləcək.


Baxış sayı - 1 189 | Yüklənmə tarixi: 14.09.2018 20:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031