Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib

ADGTT yeni mövsümünü açıq elan edib.
MANERA.AZ xəbər verir ki, 9 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Yubiley tədbirinin rejissoru Xalq artisti, rejissor Vaqif Əsədovdur.
Yeni mövsümdə ilk tamaşalar sentyabr ayının 22-də nümayiş olunacaq. Həmin gün uşaqlar üçün saat 14:00-da P.Culliford “Şirinlər”, axşam 19:00-da isə böyüklər üçün M.Füzuli “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.
Hazırda kollektiv M.Servantesin”Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin Əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayıb təqdim edəcək.