manera.az
manera.az

Mahnı Teatrı yeni mövsümü açıq elan edib

📅 19.09.2017 12:32

Mahnı Teatrı yeni mövsümü açıq elan edib
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü açıq elan edib. Belə ki, teatr musiqi kollektivinin repertuarında təqdim edilən möhtəşəm konsert proqramı ilə yenidən tamaşaçılarının görüşünə gəlib.

Bu sözləri MANERA.AZ-a teatrın direktor müavini İlqar Musayev deyib. “Teatrın tərkibində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq xalq və bəstəkar mahnıları səsləndirilib. Bundan başqa, sentyabrın 20-də teatrda növbəti konsert olacaq. “Dan ulduzu” instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcək”, - deyə İ.Musayev söyləyib.


Baxış sayı - 1 150 | Yüklənmə tarixi: 19.09.2017 12:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930