manera.az
manera.az

Dörd türk dövləti Köçəri Mədəniyyəti Mərkəzi yaradır

📅 02.09.2018 15:28

Dörd türk dövləti Köçəri Mədəniyyəti Mərkəzi yaradır
Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar.

MANERA.AZ-ın məlumatına görə, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.

Mərkəzin rəhbərini Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməklə təyin edəcək. O, 4 il müddətinə seçiləcək. Mərkəzin ilk prezidenti Qırğızıstan nümayəndəsi olacaq.


Baxış sayı - 1 409 | Yüklənmə tarixi: 02.09.2018 15:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031