manera.az
manera.az

Xətai Sənət Mərkəzində ustad dərsləri keçirilir

📅 02.09.2018 12:35

Xətai Sənət Mərkəzində ustad dərsləri keçirilir
“ASAN Könüllüləri” təşkilatı “Mədəniyyət carçısı” proqramı çərçivəsində Xətai Sənət Mərkəzi ilə birlikdə rəssamlıq üzrə ustad dərsləri keçirir.

Mərkəzdən MANERA.AZ-a bildirilib ki, ustad dərslərinin təşkilinin məqsədi təsviri incəsənətə marağı artırmaq, bu sahədə həvəskarların qabiliyyətini stimullaşdırmaqdır.

“ASAN Könüllüləri” təşkilatının bir qrup üzvünə ustad dərsləri mərkəzin nəzdində fəaliyyət göstərən uşaq rəsm yaradıcılıq studiyasının müəllimləri Əbdül Şərifov və Röya Əvəzova tərəfindən keçirilir. Dərslər iki ay davam edəcək.

Proqramın sonunda Xətai Sənət Mərkəzində “Rəssamlıq hobbimdir” mövzusunda sərginin təşkili nəzərdə tutulur.


Baxış sayı - 1 662 | Yüklənmə tarixi: 02.09.2018 12:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31