manera.az
manera.az

Respublika uşaq rəsm müsabiqəsi davam edir

Respublika uşaq rəsm müsabiqəsi davam edir
Bakı Xətai Sənət Mərkəzində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir.

Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün nəzərdə tutulur.

Bu barədə MANERA.AZ-a sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır. On beş yaşadək rəssamların qatıla biləcəyi müsabiqədə iştirak etmək istəyənlər sənət mərkəzinin www.xsm.az elektron ünvanına dekabrın 6-dək müraciət edə bilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031