manera.az
manera.az

"Göy Qurşağı" - Tərcümə

📅 21.08.2018 14:49

"Göy Qurşağı" - Tərcümə
Dünyanın gözəlliyi
Nədir yağışdan sonra?!
Göy qurşağından üstün
Sevgi, barışdan sonra?!


Qədim insanlar göy qurşağının ahəngdarlıq olduğuna inanırdılar. Onlar düşünürdülər ki, ulu yaradan onu bütün yaranmışlar üçün barışıq və bir-birilə uyuşmaq üçün göndərəmişidir.

Bütün el-tayfalar, xalqlar göy qurşağını görəmklə bu qərara gəldilər ki, yer üzündə ayrılıqla savaş olmamalıdır. Onlar düşünürdülər ki, yaradanın bütün varlığa bəxş etdiyi bənzərsiz səciyələri qoruyub; ona hörmət bəsləməlidirlər.

***

Belə bir dünya görüşü ilə biz insanlar hamımız birləşdikdə daha zənginləşirik və hər birimiz təkliyimizdə yaradanın ululuğu və gözəlliyinin bir hissəsini təmsil edirik. Göy qurşağını görcək, yer üzündə olan bütün varlıqlar birləşir, uyuşur və qonuşur.

***

Bir gün dünyada olan rənglərin hamısı bir-birilə dalaşmağa başladılar. Rənglərin hər biri özünü daha üstün, daha gözəl, daha faydalı və hamının sevdiyi rəng olduğunu iddia etdilər.

***
Yaşıl dedi: Şübhəsiz ki, mən hamı rənglərdən daha üstünəm. Mən həyat və umudun nişanəsiyəm. Mən otların, ağacların, yapraqların rəngi üçün seçilmişəm! Mən olmasam, bütün canlılar ölər. Ətrafa baxsanız görərsiniz ki, mən bütün rənglərdən çox gözə dəyirəm.

***
Mavı rəng, yaşıl rəngin sözünü kəsib, dedi: Sən sadəcə yerləri düşünürsən. Göyü, dənizləri də düşün! Həyatın təməli sudur. Su buluddan yağır. Bulud isə dənizdən doğulur. Ruh oxşayan, könül sığallayan göyün maviliyidir. Mənim şən və dinclik bəxş edən varlığım olmasa, siz heç nə deyilsiniz.

***
Sarı rəng gülümsəyərək dedi: Siz hamınız doğru deyirsiniz. Amma mən gülüşün səsiyəm, dünyaya şənlik, istilik gətirəmişm. günəş sarı, ulduzlar da sarıdır. Günəbaxana baxsanız dünya üzünüzə gülər. Mənsiz dünyada heç bir şənlik ola bilməz.

***
Türüncü rəng öz sazını çalmağa başladı.

Mən sağlamlıq və güc-qüvvə rəngiyəm. Mən insan həyatının sağlıq ihtiyaclarını ödəyirəm. Mənim tayım-bərabərim yox. Mən çox qimətliyəm. Mən özümdə bütün vitaminləri daşıyram. İnanmırsınızsa, onda yerkökünü, balqabağı və portağalı düşünün! Mən həmişə göz qabağında olmaram. Gün doğarkən mən yer-göyü öz rəngimə bürüyərəm. Elə gözəl qürub yaradaram ki, heyran qalarsınız. Mənim nə qədər gözəl olduğum sizin ağlınıza çatmaz.
***
Qırmızı rəng artıq dözə bilməyib; dilə gəldi: Mən hamınıza başam! Həyat ünsürü olan qanın rəngi məndəndir. Mən qorxmazlığın, şücaətin rəngiyəm. Mən olmasam bütün dünya; ay kürəsi kimi boş qalar. Mən sevginin, qızıl güllərin rəngiyəm!
***
Bənövşəyi rəng ayağa qalxdı. O çox şaqraq və ötgəm danışırdı. Mən gücün və bilginin rəmziyəm. Buna görə də alimlərlə, şahlar məni seçib, sevirlər. Xalq dinməz-söyləməz mənə boyun əyib, sözümü eşidir.

Göy rəng bütün rənglərin əksinə olaraq asta, ancaq kəsgin səslə danışırdı. O, məni düşünün!-dedi. Mən sükut rəngiyəm, məni çətin başa düşərsiniz. Mən olmasam, siz hamınız dəyərinizi itirərsiniz. Mən düşüncə, dərin sular, bir də ki, alaturanlığı təmsil edirəm. Mən olmasam siz bir-birinizdən fərqlənib, uyuşmazsınız. Mənim olmağım harmuniya sahibi olmağınıza gərəkdir. Mən, insanın iç dünyasının rəngiyəm. Onların mənəvi hallarının göstəricisiyəm.

***
Beləliklə bütün rənglər özlərini öyür, başqalarından üstün olduğunu deyib, lovğalanırdılar.

Rənglərin deyişməsindən hay-küy ucaldı. Elə həmin vaxt ildırım çaxdı. Göy gurladı, gürşad şıdırğı yağdı. Rənglərin hamısı diskinib, boylarını qısdılar. Onlar qorxudan bir-birlərinə sığışıb, göyə baxırdılar. Yağış dilə gəlib, söylədi: Siz rənglər necə də axmaqsınız. Boş yerə bir-birinizlə deyişib, dalaşırsınız. Hər biriniz; özünü başqalarından üstün görür; ancaq bilmirsiniz ki, uca yaradan sizin hər birinizi müəyyən istəklər üçün yaratmış. Hamınızın özünüzə xəas olan yeriniz və işiniz var. Tanrı sizin hamınızı fərq qoymadan sevir.

Yağış dedi: əl-ələ verib, mənimlə gəlin! Tanrı sizin birliyinizdən əzəmətli göy qurşağı qurub, beləcə də sizə olan sevgisini anladacaq. Tanrı göy qurşağını aşkar etməklə sizə bunu demək istəyir ki, birlikdə və bir-birinizin kənarinda dostluq və barışla yaşayasınız. Siz əbədi olaraq onunlasınız və bütün insanlara umud rəmzisiniz.

Tanrı dünyanı yuyub təmizləmək üçün yağış yağdırır, sonra göy qurşağını aşkar etmklə bütün yaranmışlara xatırladır ki, bir-birlərilə dostluq və barışda yaşasınlar. Onun üçün biz heç zaman özümüzü başqalarından üstün tutmamalı və heç vaxt bir-birimizlə çəkişməməliyik.

Tərcümə: Süməyyə Suluki,
MANERA.AZ


Baxış sayı - 1 846 | Yüklənmə tarixi: 21.08.2018 14:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031