manera.az
manera.az

"Rənglərin rəqsi" adlı sərgi açılıb |MANERA.AZ

📅 30.06.2016 14:59

"Rənglərin rəqsi" adlı sərgi açılıb |MANERA.AZ

Sumqayıt Dövlət Rəsm Qalereyasında "Rənglərin rəqsi" adlı sərgi açılıb

Sərgidə rəssamlar Şəmsəddin Böyükdüzlü, Nuranə Əliyeva, Ülviyyə Abdullayeva, Ahmet Kaya, Fuad Qəmbərov və başqaları da daxil olmaqla rəssamların 25 rəsm əsəri nümayiş olunub.

Silahlı Qüvvələr Gününə həsr edilmiş sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti vətənpərvərlik mövzusuna həsr edilib. Azərbaycan bayrağının rənglərini özündə ehtiva edən əsərlərdə ölkəmizin haqlı mübarizədən qalib çıxacağına əminlik ifadə olunub.

Müəlliflər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.

Sonda Sumqayıt Səhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında təqdim olunan konsert proqramı maraqla qarşılanıb.


Baxış sayı - 1 444 | Yüklənmə tarixi: 30.06.2016 14:59
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031