manera.az
manera.az

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə

📅 11.08.2018 14:54

Cəfər Cabbarlının seçilmiş hekayələri Türkiyədə
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

MANERA.AZ-ın məlumatına görə, bu günlərdə layihə üzrə görkəmli dramaturq, şair Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub.

Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab Türkiyəli oxucuların marağı ilə qarşılanıb.

Qeyd edək ki,Türkiyənin “Sabah” qəzetinin iyul ayının “Kitab” əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumatda Cəfər Cabbarlının “Hekayələr” kitabı öz əksini tapıb.


Baxış sayı - 1 806 | Yüklənmə tarixi: 11.08.2018 14:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031