manera.az
manera.az

"CƏBİYEVLƏR"[

📅 14.08.2018 12:57

“Adaş! Yusif gözəllik, xeyirxahlıq rəmzi olub, peyğəmbər adıdır. Sənə adına uyğun olmağı arzu edirəm.
Yusif baba


Babam keçən il öz ad günündə mənim “Arzular” dəftərimdə yuxarıda yazılanları yazmışdı. Baba, mən söz verirəm ki, Sizin kimi mən də öz adıma uyıun yaşayacağam!

Sizinlə hər zaman qürur duyan nəvəniz Yusif

09.08.2018

"CƏBİYEVLƏR"


Mənim babamın ən böyük arzusu Cəbiyevlər haqqında hekayə yazmaq olub, amma vaxtı olmadığı üçün yaza bilməyib. Avqustun 9-u babamın ad günüdür. Onun 72 yaşı olacaq. Mən də babama hədiyyə olaraq Cəbiyevlər haqqında hekayə yazmaq qərarına gəldim. İndi gəlin keçək hekayəmizə...
Bildiyiniz kimi, Azərbaycanın ən gözəl rayonlarından biri də Masallıdır. Azərbaycanın ən böyük kəndi Ərkivan da elə bu rayonda yerləşir. Ərkivan kəndində çoxlu məhəllələr var və onlardan biri də Cəbili məhəlləsidir. İlk Cəbili, Məşədi Cəbi olub. Cəbili məhəlləsinin əsasını da o qoyub. Məşədi Cəbinin 7 oğlu, 2 qızı olub. Məşədi Cəbinin oğlanlarından biri mənim babamın babası Hacı Abdulkərim olub. Onun da 4 oğlu olub. Onlardan biri mənim babamın atası Abdulla müəllimdir. O, tarix və coğrafiya müəllimi olub, amma riyaziyyat və fizikanı da çox yaxşı bilib. Ona görə də o, uzun illər 10-cu siniflər də daxil olmaqla riyaziyyat və fizika fənnlərindən də dərs deyib. Abdulla müəllim həmçinin xarratlığı da yaxşı bacarıb. O, hətta ev tikməyi, ayaqqabı qəlibi və tüfəng qundağı düzəltməyi də bacarıb. Abdulla müəllimin 6 oğlu, 2 qızı olub. İndi isə gəlin sizə babamdan danışım.

Mənim babam Yusif müəllim, çox savadlı biridir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim işləyir. Mənim babam fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Babam elmi işçi, baş elmi işçi, dosent vəzifələrində və həmçinin 7 il dekan vəzifəsində də çalışıb. Babam 70-dən çox elmi məqalə və dərsliklər yazıb. Həmin yazılar dünyanın bir çox ölkələrində: keçmis SSR, Almaniya, Amerika, Yaponiya və digər ölkələrdə nəşr olunub. Babam işini çox yaxşı bacardığı üçün prezident ona “Tərəqqi” medalı verib. Mənim babam 10-cu sinifi əla qiymətlərlə bitirib. O, öz atasından xarratlığın sirrlərini də öyrənib. O, öz evindəki pəncərə və qapıları,stol və stulları özü düzəldib. Onun düzəltdiyi yazı masalarından biri bizim evdədir və biz onu yadigar saxlayırıq.O, həmçinin xarratlığa aid olan alətləri də düzəldə bilir. Mənim babam çox xeyirxah insandır. O, məsələn bazara gedir. Onun evində həmin ərzaqlardan olsa da o, yenə alır ki, həmin insan onları tez satsın və evinə də tez getsin. O, hətta ondan kömək istəməyənlərə də kömək edir. Mən də böyüyəndə sizin kimi bir insan olmaq istəyirəm, baba.

İndi gəlin sizə babamın bacı və qardaşlarından danışım. Evin ən böyük övladı mənim babamdır, evin ikinci övladı Aliyə bibidir, evin ortancıl ovladları Ağakərim əmi, Rauf əmi, Namiq əmi, Valiyə bibi və Valeh əmidir. Evin ən kiçik övladı isə Valid əmidir. Namiq əmi peşəkar bir həkim olub. Təəssüflər olsun ki, Namiq əmi dünyasını dəyişib. Babam hər dəfə onun adı çəkiləndə çox duyğulanır.

Evin ən böyük övladı babam olduğu üçün onun qardaş və bacıları hər bir işdə ondan məsləhət alırlar. Bir gün babam qardaşı oğlunun toyuna gedəndə tıxacda qalmışdır və bir saatdan çox gecikmişdir. Babam çox hörmətli olduğu üçün məclisi babam gələndən sonra başlamışdılar.

Cəbiyevlərdən biri də mənim atam Zaurdur. O, Milli Ordunun baş zabitidir. Atam bizim Vətənimizi qoruyur. Mən atamla qürur duyuram.
​Cəbiyevlər ailəsi çox tanınmiş ailələrdəndir. Onlardan biri Əvəz Cəbiyevdir. O, tibb elmləri doktoru və Azərbaycan Tibb Universitetinin professoru olub. O, həyatda olmasa da, Masallı Rayon Mərkəzi Xəstəxanası onun adını daşıyır.

​Tanınmiş Cəbiyevlərdən biri də texnika elmlıri doktotu Ədalət Cəbiyevdir.

​Cəbiyevlərdən biri də tibb elmləri üzrə fəlsəfə doktoru olmuş Zülfüqar Cəbiyev vəfat edib.

Babamın yaxın dostlarından biri olmuş Tağı Cəbiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru olub.

​Cəbiyevlərin daha bir qüruru olan Cəbiyeva Sara tibb elmləri üzrə fəlsəfə doktorudur.

​Tarix üzrə fəlsəfə doktoru olan Azərbaycan Pedaqoji Universitetinin müəllimi Əbdülhüseyn Mənsimov da Cəbili məhəlləsinin tanınmış nümayəndəsidir.

​Mən, babam Cəbiyev Yusif Abdulla oğlu başda olmaqla Cəbiyevlər ailəsi ilə qürur duyuram.

​Mənim əziz babam, mən Cəbiyevlərin ailəsində ilk Cəbiliyəm. Mən tək Cəbiyev soyadını deyil, “Cəbili” məhəlləsinin adını və sizin adınızı – “Yusif” adını fəxrlə daşıyıram.
MƏN SÖZ VERİRƏM Kİ, BU ADLARI HƏMİŞƏ UCA TUTACAĞAM.​

AD GÜNÜNÜZ MÜBARƏK!


Baxış sayı - 1 291 | Yüklənmə tarixi: 14.08.2018 12:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031