manera.az
manera.az

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

📅 07.08.2018 17:28

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin, ART Qalereya və Heykəl Parkının açılışı üçün işlər yekunlaşıb.


MANERA.AZ-ın məlumatına görə, nu barədə Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov məlumat verib.

O bildirib ki, artıq payız aylarında ölkəmizin Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi, ART Qalereya və Heykəl Parkının rəsmi açılışı keçiriləcək.

Onun sözlərinə görə, bu hadisə Azərbaycan ilə Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlığın daha bir bariz nümunəsi olacaq.

Qeyd edək ki, Xarkov əhalisinin sayına görə Ukraynanın ikinci ən böyük şəhəridir.


Baxış sayı - 900 | Yüklənmə tarixi: 07.08.2018 17:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031