manera.az
manera.az

Jurnalistlər mükafatlandırıldı

Jurnalistlər mükafatlandırıldı
İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi 9 ildən artıq müddətdə dövlətin mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayırdığını diqqətə çatdırıb. Bildirib ki, bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə 66 KİV-dən 162 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib gəlib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm bir mərhələsini qeyd edir. Biz bir müddət əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin mühüm mərhələsini təşkil edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən milli mediamızın da bayramını qeyd etməyi unutmuruq.

Əli Həsənov bildirib ki, bu gün Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir, birgə çıxış edirlər. Bu tədbirdə Türkiyədən olan jurnalistlərin iştirakı bunun bariz nümunəsidir.

Jurnalistlər mükafatlandırıldı

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Səfir ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafının məmnunluq doğurduğunu vurğulayıb.

Mərasimdə Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan fəxri diplomla təltif olunub.

Tədbir bədii hissə ilə davam edib.

Jurnalistlər mükafatlandırıldı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930